Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakıda parkda orta yaşlı kişi bıçaqlanıb.
"Report"un məlumatına görə, hadisə Nizami rayonunda baş verib.
Belə ki, Qara Qarayev prospektində yerləşən parkların birində 1967-ci il təvəllüdlü Rəsulov Azər Rəsul oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.