Bakıda otel sökülür - FOTO - YENİLƏNİB

Bakıda otel sökülür - FOTO - YENİLƏNİB Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hadisə yerində olub
Hadisə
23 Dekabr , 2016 16:19
Bakıda otel sökülür - FOTO - YENİLƏNİB

Bakı. 23 dekabr. REPORT.AZ/ Bakı şəhəri, Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən dördmərtəbəli “Araz” oteli ilə yanaşı, digər oyektlər də sökülür.

“Report”un məlumatına görə, ümumilikdə üç hektar ərazidə söküntü işləri aparılır. Bununla əlaqədar otelin və digər obyektlərin içərisində olan şəxslər çıxarılıblar. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da hadisə yerində olub.

Hazırda ərazidə polis əməkdaşları var.

*** ilk xəbər saat 15:29-da yayımlanıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Bakı şəhəri, Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən dördmərtəbəli “Araz” oteli sökülür.

“Report”un məlumatına görə, otelin içərisində olan şəxslər çıxarılıblar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hazırda hadisə yerindədir. Ərazidə polis əməkdaşları da var.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi