Bakıda orta yaşlı qadını maşın vurub

Bakıda orta yaşlı qadını maşın vurub Nəticədə qadın xəsarət alıb
Hadisə
22 May , 2018 02:54
Bakıda orta yaşlı qadını maşın vurub

Bakı. 22 may. REPORT.AZ/ Paytaxtın Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, J.Əliyev küçəsində yolu keçmək istəyən 1976-ci təvəllüdlü İsmayılova Vəsilə Akif qızını minik avtomobili vurub.

Nəticədə qadın xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Sürücü Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən inzibati məsuliyyətə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi