Bakıda avtomobil qadını vuraraq öldürüb
Hadisə
- 22 avqust, 2017
- 04:34
Bakı. 22 avqust. REPORT.AZ/ Bakıda avtomobil qadını vuraraq öldürüb.
"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda baş verib.
Belə ki, aeroport yolunun Mərdəkan qəsəbəsindən keçən hissəsində təqribən 60 yaşlı, Rəna adlı qadını (soyadı hələlik məlum deyil - red) minik avtomobili vurub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə aparılsa da, orda dünyasını dəyişib.
Hadisəni törədən sürücü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə qadın yerüstü piyada keçidinin altından keçərkən baş verib. O, keçiddən istifadə etməyib.
Fakt araşdırılır.
Son xəbərlər
13:35
Selçuk Bayraktaroğlu NATO-nun toplantısına qatılıb
Region13:21
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
Region13:12
"Tottenhem" Rişarlisonu BƏƏ-nin "Şabab Əl-Əhli" klubuna satmaqdan imtina edib
Futbol13:10
Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş "Sabaha doğru" sənədli filmi hazırlanıb
İncəsənət13:04
Fransada polislərlə motosikletçilərin toqquşmasından sonra beş nəfər saxlanılıb
Digər ölkələr12:51
Macarıstanın "Pakş" AES-in gücü nasazlıq səbəbindən azaldılıb
Digər ölkələr12:28
Ryabkov: Yaxın həftələrdə Rusiya-ABŞ nümayəndələrinin yeni görüşü planlaşdırılır
Region12:14
Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb
Futbol12:13