Bakıda orta yaşlı kişini avtomobil vurub

Bakıda orta yaşlı kişini avtomobil vurub Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
11 Dekabr , 2017 03:33
Bakıda orta yaşlı kişini avtomobil vurub
Foto: Report.az

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hüquq-mühafizə orqanlarından "Report" a verilən məlumata görə, hadisə Babək prospektində baş verib.

Prospektdə yola keçmək istəyən 1981-ci il təvəllüdlü Həsənov Vüsal Qədir oğlunu "Mercedes" markalı avtomobil vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi