Bakıda orta yaşlı kişini avtomobil vurub

Bakıda orta yaşlı kişini avtomobil vurub Sürücü faktla bağlı saxlanılıb
Hadisə
25 Oktyabr , 2017 07:22
Bakıda orta yaşlı kişini avtomobil vurub
Foto: Report.az

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Binəqədi rayonunda baş verib.

1983-cü il təvəllüdlü Qasımov Nazim Kazım oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.

Son xəbərlər

Orphus sistemi