Bakıda avtomobil orta yaşlı kişini vurub

Bakıda avtomobil orta yaşlı kişini vurub Fakt Xəzər Rayon Polis İdarəsində araşdırılır
Hadisə
26 Avqust , 2017 08:19
Bakıda avtomobil orta yaşlı kişini vurub

Bakı. 26 avqust. REPORT.AZ/ Bakıda orta yaşlı kişini avtomobil vurub.

"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Xəzər rayonunda baş verib.

Belə ki, Qala qəsəbəsində "VAZ-2106" markalı avtomobil yolu keçən 1975-ci il təvəllüdlü Babayev Lətif Yasəf oğlunu vurub. Nəticədə o, ayağından sınıq xəsarətləri alıb. Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirib.

Fakt Xəzər Rayon Polis İdarəsində araşdırılır.

Son xəbərlər

Orphus sistemi