​Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

​Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib Məhkəmənin növbəti iclası oktyabrın 12-nə təyin edilib
Hadisə
8 Oktyabr , 2015 16:24
​Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Teymur Rəsul oğlu Yusubovun cinayət işi üzrə məhkəməsinin baxış iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Daha sonra zərərçəkənlər - Sail Bədəlli, Rüfanə Bədəlli, şahidlər Şakir Sarıyev, Anar Əliyev, Sahil Vəliyev və təqsirləndirilən şəxs ifadə verib.

T.Yusubov dindirilən zaman təqsirli olduğunu etiraf edib.

Məhkəmənin növbəti iclası oktyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, bu il T.Yusubovun yol qəzası törətməsi nəticəsində 1 nəfər dünyasını dəyişib, 2 nəfər yaralanıb.

O, Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi