Bakıda ölümlə nəticələnən qəza törədən qadın sürücünün məhkəməsi başlayıb

Bakıda ölümlə nəticələnən qəza törədən qadın sürücünün məhkəməsi başlayıb Məhkəmənin baxış iclası noyabrın 5-nə təyin edilib
Hadisə
1 Noyabr , 2018 10:52
Bakıda ölümlə nəticələnən qəza törədən qadın sürücünün məhkəməsi başlayıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Xətai Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Günay İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il mayın 25-də Bakının Xətai rayonunun Nobel prospektində baş verib.

Belə ki, Bakı şəhər sakini G.İsmayılova idarə etdiyi “Hyundai” markalı avtomobili yerüstü piyada keçidinin sütununa vurub. Nəticədə onun sərnişini Elnarə Tanrıverdiyeva hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi