Bakıda oğurluq etməkdə şübhəli bilinən qadınların birindən narkotik maddə götürülüb.
Belə ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1100 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Gül və K.Qasımova saxlanılıblar.
R.Güldən 0,152 qr heroin götürülüb.