Yuxarı

​Bakıda oğurluğa gələn şəxs marketin əməkdaşını bıçaqlayıb

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır

Bakı. 9 mart. REPORT.AZ/ Bakıda marketdən oğurluğa cəhd olub.

“Report”un məlumatına görə, hadisə martın 8-də baş verib.

Nəsimi rayonu, M.Qasımov küçəsində yerləşən “GrandMart”ın nəzarətçisi marketə oğurluğa gələn naməlum şəxsi tutub. Bu zaman naməlum şəxs nəzarətçinin hər iki əlinə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi