Bakıda oğul atasını yandıraraq öldürüb - ƏLAVƏ OLUNUB

Bakıda oğul atasını yandıraraq öldürüb - ƏLAVƏ OLUNUB Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır
Hadisə
1 Fevral , 2017 11:24
Bakıda oğul atasını yandıraraq öldürüb - ƏLAVƏ OLUNUB

Bakı. 1 fevral. REPORT.AZ/ Bakıda oğul atasını yandıraraq öldürüb.

“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 31 yaşlı İlyas Mehdiyev 1936-cı il təvəllüdlü İmdad Mehdiyevin üzərinə benzin tökərək onu və yaşadığı evi yandırıb.

O, könüllü şəkildə polis bölməsinə gedərək istintaqa təslim olub.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi