Bakıda ofisdən 200 min manatlıq oğurluq olub

Bakıda ofisdən 200 min manatlıq oğurluq olub Bakıda ofisdən 200 min manat dəyərində müxtəlif əşya, mebel və tikinti materialları oğurlanıb.
Hadisə
1 İyun , 2019 13:04
Bakıda ofisdən 200 min manatlıq oğurluq olub

Bakıda ofisdən 200 min manat dəyərində müxtəlif əşya, mebel və tikinti materialları oğurlanıb.

Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, oğurluqlar ötən ilin dekabr ayından bu il may ayının 30-dək olan müddətdə rayon ərazisindəki fəaliyyət göstərməyən ofisdən edilib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Poli Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini Ə.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi