Bakıda obyektdə baş verən yanğın söndürülüb - YENİLƏNİB-2

Bakıda obyektdə baş verən yanğın söndürülüb - YENİLƏNİB-2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən obyekt yanır.
Hadisə
19 Yanvar , 2023 21:00
Bakıda obyektdə baş verən yanğın söndürülüb - YENİLƏNİB-2

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğın nəticəsində ümumi sahəsi 1200 m² olan anbarın içərisində olan plastik yeşiklər, karton və taxta taralar 300 m² sahədə yanıb, yüksək temperaturdan anbarın metal konstruksiyadan ibarət dam örtüyü 700 m² sahədə deformasiyaya uğrayıb.

Anbarın qalan hissəsi və ona bitişik karton istehsalı sexi yanğından mühafizə olunub.

18:08

Binə qəsəbəsində yerləşən obyektdə baş verən yanğın söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

17:36

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən obyekt yanır.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi