“Qaraheybət” Təlim Mərkəzində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Ordusunun ƏİK kəşfiyyat bölüyünün 2-ci səviyyəli və Hərbi Hava Qüvvələrinin Mi-17 helikopter cütlüyünün 1-ci səviyyəli NATO qiymətləndirilməsi təlimi keçirilib.
Təlimlərin keçirilməsində məqsəd NATO-nun Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin döyüş hazırlığının, fəaliyyətinin və təchizatının NATO standartlarına uyğunluğunun yoxlanılmasından ibarətdir.
Qeyd edək ki, bu təlimdə Azərbaycan Ordusu ilk dəfə olaraq ƏİK proqramı çərçivəsində quru qoşunları və hərbi hava qüvvələri bölmələrinin əməliyyatlar zamanı birgə fəaliyyətini praktiki olaraq icra edib.