Bakıda narko-kuryer qadına hökm oxunub

Hadisə
  • 16 noyabr, 2017
  • 09:07
Bakıda narko-kuryer qadına hökm oxunub

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Malvina Babayevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin qərarı ilə M.Babayeva 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakıda polis əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Zığ yolu 38 ünvanında əməliyyat keçirib. Axtarış zamanı evdə olan 1990-cı il təvəllüdlü Babayeva Malvina Etibar qızının üzərindən 18 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.

Məlum olub ki, M.Babayeva Hövsan qəsəbə sakinidir. O, 2014-cü ildə oğurluq və narkotik vasitə istifadə etdiyi üçün də saxlanılıb.

Bildirilib ki, M.Babayeva narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edib.