Bakıda müştəri ilə mübahisə edən yanacaqdoldurma məntəqəsi işçisi döyülüb

Bakıda müştəri ilə mübahisə edən yanacaqdoldurma məntəqəsi işçisi döyülüb Hadisə 8-ci kilometr qəsəbəsində qeydə alınıb
Hadisə
5 İyul , 2017 05:56
Bakıda müştəri ilə mübahisə edən yanacaqdoldurma məntəqəsi işçisi döyülüb

Bakı. 5 iyul. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsi, Mehdi Abbasov küçəsində qeydə alınıb.

Həmin küçədə yerləşən yanacaqdoldurma məntəqəsinin işçisi, 1971-ci il təvəllüdlü Həsənov Nadir Zair oğlu sürücü ilə mübahisə edib, nəticədə döyülərək xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi