Bakıda mübahisə qanla bitib

Hadisə
  • 05 dekabr, 2021
  • 03:13
Bakıda mübahisə qanla bitib

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.

Mübahisə zəminində 1980-ci il təvəllüdlü Fərhadov İntiqam Çərkəz oğlu bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.