Bakıda motosikletlə avtomobil toqquşub, xəsarət alan var

Hadisə
  • 06 iyul, 2023
  • 03:49
Bakıda motosikletlə avtomobil toqquşub, xəsarət alan var

Bakıda motosikletlə avtomobil toqquşub, xəsarət alan var.

"Report"un məlumatına görə, Nizami rayonunda 1995-ci il təvəllüdlü Bəhruz Babayev idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol körücük sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

44 - Tezliklə