Bakıda motosiklet piyada keçidində gənci vurdu

Bakıda motosiklet piyada keçidində gənci vurdu Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
30 Avqust , 2020 00:15
Bakıda motosiklet piyada keçidində gənci vurdu

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonu, Şərifzadə prospektində qeydə alınıb.

Yolu keçən 1993-cü il təvəllüdlü Ağayev Faiq Aqil oğlunu motosiklet vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ qamış sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi