Bakıda motosiklet avtomobillə toqquşub

Hadisə
  • 22 avqust, 2021
  • 01:51
Bakıda motosiklet avtomobillə toqquşub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

1997-ci il təvəllüdlü Məmmədzadə Sevdim Kamil oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

44 filmi