Bakıda moped işıq dirəyinə çırpılıb, sürücü ölüb

Hadisə
  • 09 oktyabr, 2019
  • 08:56
Bakıda moped işıq dirəyinə çırpılıb, sürücü ölüb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 8-də saat 11 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində Bakı şəhər sakini Elvin İsmayılov idarə etdiyi mopedi işıq dirəyinə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

44 filmi