Bakıda minik avtomobili yeniyetməni vurub

Bakıda minik avtomobili yeniyetməni vurub rghrgmh
Hadisə
15 Noyabr , 2017 01:38
Bakıda minik avtomobili yeniyetməni vurub

Bakı. 15 noyabr. REPORT.AZ/ Bakıda yeniyetməni minik avtomobili vurub.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda baş verib.

Belə ki, Bakıxanov qəsəbəsində 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə İlham qızını avtomobil vurub. Nəticədə yeniyetmənin ayağı sınıb.

Yaralı 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi