Bakıda meyvə satan kişi saxta pula görə bıçaqlanıb
Hadisə
- 25 iyul, 2024
- 21:09
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, iki nəfər meyvə satışı ilə məşğul olan, 1972-ci il təvəllüdlü Namazəliyəv Elçin Yavər oğluna aldıqları məhsulların qarşılığında 20 manat pul veriblər.
E. Namazəliyev pulun saxta olduğunu bilib və onu geri qaytarıb. Lakin adları hələ məlum olmayan iki şəxs buna etiraz edib və tərəflər arasında mübahisə düşüb.
Nəticədə mübahisə qanla bitib, E.Namazəliyev təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Son xəbərlər
09:08
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (25.09.2026)
Maliyyə09:07
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (25.09.2026)
Maliyyə09:07
Maştağa və Buzovna qəsəbələrində qaz olmayacaq
Energetika09:01
Azərbaycanın U-21 millisi Avropa Çempionatının seçmə mərhələsində bu gün növbəti matçını keçirəcək
Futbol08:40
Foto
"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib
Formula 108:37
Foto
Güclü yağış və sel suları nəticəsində zərər görmüş yol infrastrukturunda bərpa işləri davam etdirilir
İnfrastruktur08:20
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:15
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb
Formula 108:12
Foto