Bakıda metronun çıxışında gənc oğlan quldurların hücumuna məruz qalıb

Bakıda metronun çıxışında gənc oğlan quldurların hücumuna məruz qalıb Hadisə Nizami rayonunda qeydə alınıb
Hadisə
10 Noyabr , 2016 10:17
Bakıda metronun çıxışında gənc oğlan quldurların hücumuna məruz qalıb

Bakı.10 noyabr. REPORT.AZ/ Bakıda metro stansiyasından çölə çıxan şəxs döyülərək ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında baş verib.

1996-cı il təvəllüdlü Eyvazov Rüstəm Göyüş oğlu metrodan çıxarkən iki nəfər tanımadığı şəxsin hücumuna məruz qalıb. Onu küt alətlə döyərək cibindəki 1100 manat pulu aparıblar. Ağır xəsarət alan R.Eyvazov xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi