Bakıda məşhur restoranın motosikleti qəzaya uğradı

Bakıda məşhur restoranın motosikleti qəzaya uğradı Bakıda zəncirvari yol qəzası baş verib.
Hadisə
1 Sentyabr , 2020 12:57
Bakıda məşhur restoranın motosikleti qəzaya uğradı

Bakıda zəncirvari yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə Səbail rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 2 avtomobil və bir motosiklet toqquşub. Nəticədə hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Qəzaya düşən motosiklet “Anadolu” restoranlar şəbəkəsinə məxsusdur. 

Qeyd edək ki, daha əvvəl "Wolt" şirkətinin əməkdaşı motosikletlə hərəkətdə olarkən qəzaya düşüb və dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi