Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda restoranda baş verən yanğınla bağlı daha bir məlumat yayıb.
FHN-dən "Report"a daxil olan məlumatda deyilir:
"Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan (hər mərtəbəsi 240 m²) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".
Bakıda məşhur restoranda baş verən yanğın söndürülüb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, C.Xəndan küçəsində binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.
Əlavə məlumat veriləcək.
Bakıda restoranda yanğın başlayıb.
“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Cəfər Xəndan küçəsindəki “Qoç ət” restoranında yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və texnikası cəlb edilib.