Yuxarı
    Bağlamaq

    ​Bakıda məşhur mağazadan 2 100 cüt ayaqqabı oğurlanıb

    120 min manatlıq oğurluq edilib

    Bakı. 18 fevral. REPORT.AZ/ Bakıda məşhur mağazadan 120 min manatlıq oğurluq edilib. “Report”un xəbərinə görə, “Diamoni” MMC-nin direktoru, Bakı şəhər sakini 1971-ci il təvəllüdlü Yaşar Qürbət oğlu Hüseynov polisə müraciət edib.

    Direktor polisə müraciətində bildirib ki, 2013-cü ildən 2015-ci ilin mart ayınadək MMC-də işləyən Bəxtiyar adlı şəxs açıq pəncərədən keçməklə şirkətdən 120 min manat dəyərində 2 100 cüt ayaqqabı oğurlayıb.

    Şikayətlə bağlı Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi