Bakıda "Mercedes" hərəkətsiz vəziyyətdə olan "Azsamand"a çırpılıb - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Bakıda "Mercedes" hərəkətsiz vəziyyətdə olan "Azsamand"a çırpılıb - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB Faktla bağlı araşdırma aparılır
Hadisə
2 Avqust , 2017 07:09
Bakıda Mercedes hərəkətsiz vəziyyətdə olan Azsamanda çırpılıb - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB
"Report"

Video əlavə olunub.


***00:08

Bakı. 2 avqust. REPORT.AZ/ Bakı-Aeroport yolunun Sabunçu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, sürücü Adnan Orucovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolun ortasında hərəkətsiz vəziyyətdə olan və taksi fəaliyyəti ilə məşğul olan Sərxan Hüseynova məxsus "Azsamand" markalı avtomobilə çırpılıb.

A.Orucovun sözlərinə görə, "Azsamand" markalı avtomobil yüksək sürətli magistral avtomobil yolunun ortasında dayanıb. Buna görə qəza qaçılmaz olub. 

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi