Bakıda mənzillərdən oğurluq edən şəxslər tutulublar
- 20 sentyabr, 2018
- 08:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakıda mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Belə ki, Xəzər rayon Polis idarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Anar Nərimanov saxlanılıb.
Daxil olmuş müraciət əsasında Sabunçu rayon Polis idarəsinin 14-cü polis bölməsinin əməkdaşlarının “isti izlər”lə keçirdikləri tədbirlər nəticəsində sentyabrın 19-da Maştağa qəsəbəsindəki evlərin birindən 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Seymur Musayev saxlanılıb.
Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində 5 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Anar Cəfərli və qohumu Eşqin Hüseynov saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.