Bakıda mənzildən oyun aparatı, pul və qızıl oğurlanıb

Bakıda mənzildən oyun aparatı, pul və qızıl oğurlanıb Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
9 Yanvar , 2017 17:10
Bakıda mənzildən oyun aparatı, pul və qızıl oğurlanıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda mənzildən oyun aparatı, pul və qızıl-zinət əşyaları oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonu 7-ci Əhmədli küçəsi ev 27 ünvanında qeydə alınıb.

Belə ki, naməlum şəxslər 1975-ci il təvəllüdlü Sevda İbadovaya məxsus evin pəncərəsinin dəmir barmaqlıqarını qıraraq içəriyə daxil olaraq oradan 200 manat, 1 200 ABŞ dolları pul və oyun aparatı, 5 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi