Bakıda mənzildən oğurluq edən qadın tutulub

Hadisə
  • 25 yanvar, 2018
  • 08:12
Bakıda mənzildən oğurluq edən qadın tutulub

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakı şəhərində mənzildən oğurluq edən qadın tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, paytaxt sakini olan qadının evindən pul oğurlanması barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Məlumatla əlaqədar Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla dekabrın 4-dən 21-dək olan müddətdə A.Rzayevanın mənzilindən seyfdə olan 680 manatın və noutbukun oğurlanması məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun əvvəllər həmin evdə dayə kimi çalışan qadın tərəfindən edilməsi müəyyən edilib və görülmüş tədbirlərlə Siyəzən rayon sakini Lamiyə Əliyeva saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.