Bakıda mənzildən külli məbləğdə manat, dollar və Pakistan rupisi oğurlanıb

Bakıda mənzildən külli məbləğdə manat, dollar və Pakistan rupisi oğurlanıb Polis faktla bağlı araşdırma aparır
Hadisə
17 İyul , 2018 16:14
Bakıda mənzildən külli məbləğdə manat, dollar və Pakistan rupisi oğurlanıb

Bakı. 17 iyul. REPORT.AZ/ Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.

“Report”un xəbərinə görə, Sabunçu qəsəbə sakini Xəyala Qoca qızı Ahmadi 12-ci polis şöbəsinə müraciət edərək evinin pəncərəsinin dəmir barmaqlıqlarının qırıldığını, oradan 3400 manat, 5000 dollar, 90 000 pakistan rupisi və 10 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi