Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlanıb Polis faktla bağlı araşdırma aparır
Hadisə
7 Fevral , 2017 15:45
Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlanıb

Bakı. 7 fevral. REPORT.AZ/ Bakıda mənzildən oğurluq olub.

“Report”un xəbərinə görə, Nərimanov rayonu 1-ci Cıdır döngəsi ev 25 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Əlisoltan Əliyevin evindən qapının kilidini sındırmaqla 2 600 manat, 1 200 ABŞ dollar və 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Polis faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi