Bakıda mənzildən 30 min dollar oğurlanıb

Hadisə
  • 19 sentyabr, 2017
  • 05:36
Bakıda mənzildən 30 min dollar oğurlanıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini Yunis Maksimovun mənzilindən 30 min ABŞ dolları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.