Bakıda mənzildən 10 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 10 min manatlıq qızıl oğurlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
26 Yanvar , 2017 16:41
Bakıda mənzildən 10 min manatlıq qızıl oğurlanıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Bakıda mənzildən pul və qızıl-zinət əşyaları oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə Babək prospektində qeydə alınıb.

Belə ki, ev 85-dəki mənzillərdən birində yaşayan 1987-ci il təvəllüdlü Asif Eminovun evindən oğurluq edilib. Naməlum şəxs və ya şəxslər evin qapısını açarseçmə yolu ilə açaraq içəri daxil olub və oradan olan 200 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi