Bakıda mənzildə qadın meyiti tapıldı

Bakıda mənzildə qadın meyiti tapıldı Bakının Yasamal rayonunda mənzildə 87 yaşlı qadının meyiti tapılıb.
Hadisə
21 İyun , 2020 01:02
Bakıda mənzildə qadın meyiti tapıldı

Bakının Yasamal rayonunda mənzildə 87 yaşlı qadının meyiti tapılıb.

Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1933-cü il təvəllüdlü Konkovskaya Yevgeniya Andreyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi