Bakı. 6 noyabr. REPORT.AZ/ Bakının Səbail rayonunda partlayış baş verib. Bu barədə "Report" Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Hadisə Səbail rayonunda Tamaşa Məmmədovanın yaşadığı evdə təbii qazın sızması nəticəsində olub. Mənzilin tavanı dağılıb. Yanıq xəsarəti almış T.Məmmədova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.