Bakıda mənzildə meyiti tapılan qadının ölüm səbəbi məlum oldu - RƏSMİ
Hadisə
- 21 iyun, 2020
- 08:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 20-də saat 21 radələrində paytaxtın Yasamal rayon sakini, 1933-cü il təvəllüdlü Yevgeniya Konikovskayanın yaşadığı mənzildə ölməsi barədə məlumat daxil olub.
Yasamal rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Baxış zamanı meyitin bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib.
İlkin araşdırmalarla, Yevgeniya Konikovskayanın uzun müddət ürək çatışmazlığı və şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
05:18
Niderland "Ostin" fırtınasına hazırlaşır
Digər ölkələr
04:49
ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərdə süni intellekt sisteminin tətbiqinə 25 milyon dollar ayırıb
Digər ölkələr
04:15
Rubio və Rütte Qara dənizdə təhlükəsizliyi müzakirə ediblər
Digər ölkələr
03:50
Tramp yanacağın bahalaşmasına qarşı Koreya müharibəsi dövrünün qanununu tətbiq edib
Digər ölkələr
03:27
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər
Formula 1
02:40
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
Xarici siyasət
02:21
KTMT baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
Region
01:40
Avropanın beş lideri Rusiya ilə danışıqlar üçün namizəd göstərilir
Digər ölkələr
01:04
Avropa Liqası: "Ararat" və "Lillestrem" darmadağın edilib
Futbol