Bakıda mənzildə meyit aşkarlanıb

Hadisə
  • 08 iyun, 2024
  • 19:58
Bakıda mənzildə meyit aşkarlanıb

Bakıda mənzildə meyit aşkarlanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.