Bakıda məktəb həyətində şagird bıçaqlanıb

Bakıda məktəb həyətində şagird bıçaqlanıb Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır
Hadisə
7 Aprel , 2017 13:18
Bakıda məktəb həyətində şagird bıçaqlanıb
Iamuk.com

Bakı. 7 aprel. REPORT.AZ/ Bakıda məktəb şagirdi bıçaqlanıb.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonu, N.İsmayılov 25 ünvanında yerləşən 146 nömrəli orta məktəbin həyətində baş verib.

Belə ki, Bakı şəhər sakini 1989-cu il təvvəllüdlü Nizami Kərimov orada təhsil alan 2001-ci il təvəllüdlü Rəşad Novruzovun bud nahiyəsindən bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi