Bakıda məktəbdən oğurluq edilib

Hadisə
  • 15 aprel, 2022
  • 07:23
Bakıda məktəbdən oğurluq edilib

Bakıda məktəbdən oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsi və Suraxanı RPİ-nin 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini Asif Əliyevdən heroin aşkar edilərək götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun Əmircan qəsəbəsi ərazisində yerləşən internat məktəbindən 20 ədəd pəncərə çərçivəsi, həmçinin Bakı şəhər sakini Anar Qilado ilə birgə Nizami rayonu ərazisindəki anbarların birindən 3 900 manat dəyərində metal qırıntıları oğurlaması da müəyyən olunub.

Görülmüş tədbirlərlə A.Qilado da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.