Yuxarı

Bakıda marketlər şəbəkəsinin vəzifəli əməkdaşı intihar edib

Faktla bağlı cinayət işi açılıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Yasamal rayonunda intihar hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə Landau küçəsində qeydə alınıb. Həmin küçədəki evlərdən birində yaşayan 52 yaşlı Arif Quliyev özünü yataq otağında asaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, istintaq aparılır.

Qeyd edək ki, A.Quliyev “Səbət” Marketlər Şəbəkəsinin marketlərindən birində direktor müavini vəzifəsində çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi