Bakıda mağazalardan oğurluq edən qadın və yeniyetmələr saxlanılıblar

Bakıda mağazalardan oğurluq edən qadın və yeniyetmələr saxlanılıblar Bakı. 11 may. REPORT.AZ/ Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.
Hadisə
11 May , 2018 11:55
Bakıda mağazalardan oğurluq edən qadın və yeniyetmələr saxlanılıblar
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 10-da Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 mağazadan pul, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən 4 nəfərdən ibarət qrup üzvləri saxlanılıb.

Araşdırmalarla onların Yevlax rayon sakinləri Bəxtiyar Zamanov, Aidə Hüseynova və digər 2 nəfərin yeniyetmə olduqları məlum olub.

B.Zamanovun və bir yeniyetmənin aprelin 30-da paytaxtın Nizami rayonu ərazisindəki mağazaların birindən 12 ədəd mobil telefon və notbuk oğurlamaları da müəyyən edilib. Polis əməkdaşları tərəfindən 3 mobil telefon maddi sübut kimi onlardan götürülüb.

Keçirilmiş növbəti əməliyyat tədbirləri ilə 3 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş İsmayıl Məmmədov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi