Bakı. 10 aprel. REPORT.AZ/ Bakıda topdansatışla məşğul olan şəxs döyülüb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bakıxanov qəsəbəsində 21 yaşlı Xurşudov Kamran Samir oğlu topdan satdığı ərzağın pulunu alıb dükandan çıxarkən Famil adlı şəxs tərəfindən döyülüb.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, bir neçə ay əvvəl Famil adlı şəxsin sürdüyü avtomobil K.Xurşudovun idarə etdiyi avtomobillə toqquşub.