​Bakıda lüks avtomobildən oğurluq olub

​Bakıda lüks avtomobildən oğurluq olub Polislər avtomobil sahibinin şikayətinin doğru olub-olmadığını araşdırır
Hadisə
8 Avqust , 2015 17:31
​Bakıda lüks avtomobildən oğurluq olub

Bakı. 8 avqust. REPORT.AZ/ Bakıda dəyəri 100 min manatdan artıq olan avtomobildən oğurluq edilib. “Report”un xəbərinə görə, Bakı şəhər sakini H.S. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, “Porsche” markalı avtomobili ilə yol hərəkəti qaydalarını pozduğu üçün nəqliyyat vasitəsi “Cərimə meydançası”na aparılıb, orada isə naməlum şəraitdə avtomobilindən 8 min manat pul oğurlanıb.

Hazırda polislər avtomobil sahibinin şikayətinin doğru olub-olmadığını araşdırır.

Son xəbərlər

Orphus sistemi