Yuxarı
    Bağlamaq

    Bakıda "London taksisi" qəza törədib - VİDEO - YENİLƏNİB

    Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobil deformasiyaya uğrayıb© Report.az

    Video əlavə olunub


    *** 06:47

    Bakı. 29 iyun. REPORT.AZ/ Bakıda "London taksisi" işıqforun sarı işığında keçərək qəza törədib.

    "Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

    Belə ki, sürücü Ruslan Qarayev idarə etdiyi "London taksisi" ilə Abbasqulu Ağa Bakıxanov küçəsi ilə hərəkət edən zaman işıqforun sarı işığına məhəl qoymayaraq yolu keçib və Azadlıq prospekti ilə hərəkətdə olan "Azsamand" markalı avtomobil ilə toqquşub. R. Qarayev "Report"a müsahibəsində bildirib ki, zərbə o qədər güclü olub ki, "Azsamand" işıqfora, "London taksisi" isə yol nişanına və ağaca çırpılıb.  

    Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobil deformasiyaya uğrayıb.  

    Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobillər cərimə meydançasına aparılıb.

    Qeyd edək ki, 5 gün bundan əvvəl də həmin ünvanda 3 avtomobilin toqquşması nəticəsində digər işıqfor sıradan çıxıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi