Yuxarı

Bakıda “Land Cruiser” iki piyadanı vuraraq öldürüb

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır

Bakı. 19 noyabr. REPORT.AZ/ Xəzər rayonunun Buzovna qəsəbəsində avtomobil iki piyadanı vurub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Namiq Nəcəfov idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobillə 1969-cu il təvəllüdlü Nurəli Nuriyevi və 1978-ci il təvəllüdlü Teyfur Əsgərovu vurub. Nəticədə, hər iki piyada aldıqları xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi