Bakıda kürəkən qayınanasını döyərək xəstəxanalıq edib

Bakıda kürəkən qayınanasını döyərək xəstəxanalıq edib Hadisə ailə-məişət münaqişəsi zəminində baş verib
Hadisə
13 Noyabr , 2017 06:42
Bakıda kürəkən qayınanasını döyərək xəstəxanalıq edib

Bakı. 13 noyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, Zabrat qəsəbəsində İstilik Kombinatı kimi tanınan ərazidə yaşayan 55 yaşlı İsmayılova Lətifə Abuzər qızı ailə-məişət münaqişəsi zəminində kürəkəni ilə mübahisə edib.

Nəticədə qayınana kürəkən tərəfindən döyülüb. Xəsarət alan qadın yaralı vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi