Bakı. 2 fevral. REPORT.AZ/ Bakı sakininin üzərindən külli mirqdarda narkotik vasitə aşkarlanıb.
"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Rzayev Cavid Əlirza oğlu saxlanılıb.
Onun üzərindən 63.547 qram narkotik vasitə olan heroin aşkar edilib.